26 Noyabr 2024 11:29

Prezident İlham Əliyev: “Azərbaycan İndoneziya ilə münasibətlərinin hərtərəfli inkişafına böyük əhəmiyyət verir”

Azadsöz.az xəbər verir ki, Azərbaycan İndoneziya ilə münasibətlərinin hərtərəfli inkişafına böyük əhəmiyyət verir.

Bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin İndoneziya Prezidenti Coko Vidodoya ölkəsinin milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik məktubunda yer alıb.

Dost İndoneziya xalqına öz adından və Azərbaycan xalqı adından ən səmimi təbriklərini və xoş arzularını çatdıran dövlətimizin başçısı əlavə edib: “Ölkələrimiz arasında formalaşmış dostluq münasibətləri bir sıra istiqamətlər üzrə əməkdaşlığımız üçün əlverişli imkanlar açmışdır. “ASAN xidmət” modelinin ölkənizdə uğurla tətbiqi və bu sahədə fəal əməkdaşlığımız məmnunluq doğurur.

İnanıram ki, dost xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-İndoneziya əlaqələri, ikitərəfli qaydada və çoxtərəfli müstəvilərdə birgə fəaliyyətimiz, o cümlədən Bakıda təşkil ediləcək COP29 çərçivəsində əməkdaşlığımız bundan sonra da uğurla davam edəcəkdir”.

Ankara escort İstanbul Travesti Shemale İstanbul