Azadsöz.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nizami və Binəqədi rayonları, həmçinin Abşeron rayonu ərazisində ümumilikdə üç ünvanda vətəndaşların mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumatlar daxil olub.
Məlumatlarla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar.
Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2 nəfər xilas edilib, bir nəfərin isə meyiti aidiyyəti üzrə təhvil verilib.