20 Sentyabr 2024 15:32

Müsahibədə iştirak edən müəllimlərin sayı AÇIQLANDI

Azadsöz.az xəbər verir ki, avqustun 16-da müəllimlərin işə qəbulu müsabiqəsinin (MİQ) müsahibə mərhələsində ibtidai sinif, kimya, alman dili, riyaziyyat, musiqi, rus dili, texnologiya, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə müsahibələr təşkil edilib. Müsahibələrə Naxçıvan Muxtar Respublikası üzrə 49 nəfər olmaqla, ümumilikdə 971 nəfər dəvət olunub. Onlardan 780 nəfəri müsahibə mərhələsində iştirak edib.

Bu barədə  Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən məlumat verilib.

Xatırladaq ki, namizəd şəxsi səhifəsində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etmədiyi halda bu, tutduğu vakant yerdən imtina kimi qeydə alınacaq və həmin namizədlərin müddətli müqavilə ilə işə qəbul turlarında iştirakı təmin olunmayacaq.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com