Azadsöz.az xəbər verir ki, Azərbaycan Hökuməti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyi arasında imzalanacaq “Ev Sahibi Ölkə” Sazişinin yekun mətni tam razılaşdırılıb.
Bu barədə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə əlaqədar avqustun 16-da baş tutan Təşkilat Komitəsinin altıncı iclasında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev bildirib.
S.Nuriyev noyabrın 12-13-də keçiriləcək Liderlər Sammitinə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının tərəflərinə dəvətlərlə əlaqədar tam inklüzivliyin təmin edildiyini də diqqətə çatdırıb.