Azadsöz.az xəbər verir ki, Göyçay rayon Təcili Tibbi Yardım Stansiyasının baş həkimi Əsgərov Əli Məhəmməd oğlu səhhəti ilə əlaqədar öz ərizəsi əsasında vəzifəsindən azad edilib.
Bununla bağlı TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.
Xatırladaq ki, Ə.Əsgərov 2012-ci ildən 2024-cü ilin avqustun 13-dək Göyçay TTTYS-da baş həkim vəzifəsində çalışıb.
Bildirək ki, Əli Əsgərov faktı saytımıza təsdiq edib.
Səbuhi Eltonlu