16 Sentyabr 2024 23:47

Daxili Qoşunların əsgəri vəfat etdi

Azadsöz.az xəbər verir ki, Daxilin Qoşunlarının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Qurbanov Sərxan Nəriman oğlu xəstəlikdən vəfat edib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

“Hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Faktla bağlı araşdırma aparılır”, – deyə məlumatda qeyd edilib.