23 Noyabr 2024 03:34

Abşeronda gölməçədə qadın meyiti tapıldı

Azadsöz.az xəbər verir ki, bu barədə  Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində gölməçədə cəsəd aşkar edilməsi barədə məlumat daxil olub:

“Məlumatlarla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində 1977-ci il təvəllüdlü Alıyeva Xoşgül İman qızının meyiti gölməçədən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib”.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Ankara escort İstanbul Travesti Shemale İstanbul