Azadsöz.az xəbər verir ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən daha 7 şəxsin meyitlərinin qalıqları dəfn ediləcək.
Bu barədə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib.
Qeyd edilib ki, hərbçilər Camalov Elman Hüseyn oğlunun, Əbilov Əbülfəz Əbülfət oğlunun, Hüseynov Cavanşir Ərşad oğlunun və Şirinov Tahir Şirin oğlunun meyitlərinin qalıqları sabah Abşeron rayonu, Xırdalan şəhərində Şəhidlər xiyabanında, hərbçi İbrahimov Camaləddin İbad oğlunun cənazəsi sabah saat 14:00 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan kəndində, hərbçi Yarıyev Qənbər Teymur oğlunun meyitinin qalıqları sabah saat 14:00 Salyan rayonunun Şəhidlər xiyabanında, Zeynalova Təranə (Əsmayə) Davud qızının meyitinin qalıqları isə saat 16:00-da Bərdə şəhəri, Şəhidlər xiyabanında dəfn olunacaq.