DİN-in Mətbuat Xidmətinin məlumatına görə, araşdırmalarla müəyyən edilib ki, “Az24saat.org” xəbər portalının təsisçisi Vüqar Qurdqanlı ayrı-ayrı vətəndaşlara müxtəlif vədlər verərək onların etibarından sui-istifadə etməklə yüz min manatdan artıq pul vəsaitini dələduzluq yolu ilə ələ keçirib.

Faktlarla bağlı onun barəsində Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanılıb, məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.