16 Sentyabr 2024 23:37

Ötən gün 6,6 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Azadsöz.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 9-da ümumi çəkisi 6,6 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 5,5 kiloqrama yaxın marixuana, 1,1 kiloqrama yaxın metamfetamin, həmçinin 2760 ədəd metadon həbi və kultivasiya yolu ilə yetişdirilmiş 595 ədəd çətənə kolu olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.