16 Sentyabr 2024 23:12

Suraxanıda 3 yeniyetmə avtomobil qaçırdı

Azadsöz.az xəbər verir ki, Suraxanı rayonu ərazisində “VAZ- 2106” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən 3 yeniyetmə müəyyən olunaraq rayon ərazisində avtomobillə birgə saxlanılıblar.

Araşdırma aparılır.