23 Noyabr 2024 07:06

“TikTok”da “kredit” fırıldağı: Vətəndaşın pulunu ələ keçirən şəxs saxlanıldı

Azadsöz.az xəbər verir ki, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sosial şəbəkələrdə dələduzluq edən Nicat Abdullayev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, həmin şəxs “TikTok” sosial şəbəkəsində tanış olduğu Hacıqabul rayon sakininə özünü bank işçisi kimi təqdim edərək ona onlayn yolla kredit verəcəyini vəd edib. Vətəndaşa 1600 manat məbləğində kredit təsdiq olunandan sonra isə N.Abdullayev həmin pulu öz kartına yönəldirib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

N.Abdullayevin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər. 

Ankara escort İstanbul Travesti Shemale İstanbul