Azadsöz.az xəbər verir ki, yanğın hadisəsi rayonda baş verib.
Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Ucar Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.
Belə ki, ümumi sahəsi 65 m² olan kürsülü, birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.