Azadsöz.az xəbər verir ki, əməkdar artist, bəstəkar və müğənni Elza Seyidcahan deputatlığa namizəd olub.
O, 23 saylı Nəsimi-Səbail seçki dairəsindən namizədliyini irəli sürüb.
Müğənninin namizədliyi artıq qeydə alınıb və ona namizədlik vəsiqəsi verilib.
Qeyd edək ki, sözügedən dairədən digər namizəd Milli Məclisin deputatı Ziyad Səmədzadədir.