19 Sentyabr 2024 04:15

Bakıda 18 yaşlı qız itkin düşdü

Azadsöz.az xəbər verir ki, Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində yaşayan 2006-cı il təvəllüdlü Zeynəb Şərifova iyulun 27-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, onun boyu 155 sm, arıq bədən quruluşlu, saçları uzun qara rəngli, gözləri qəhvəyidir.

“Zeynəb Şərifovanın harada olması barədə məlumatı olan şəxslərdən DİN-in “102” Xidməti -Zəng Mərkəzinə, Sabunçu Rayon Polis İdarəsinə, o cümlədən 14-cü Polis Şöbəsinə (012)455-02-02 şəhər və 055- 805-93-93 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur”, – məlumatda qeyd olunub.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com