“Azadsöz.az” “Haber Global”a istinadən xəbər verir ki, Türkiyə hakimiyyəti onlayn oyun platforması “Roblox”a girişi bağlayıb.
Platformaya giriş Adana şəhər cinayət məhkəməsinin qərarı ilə bağlanıb.
Qeyd edək ki, avqustun 2-də Türkiyədə daha bir populyar onlayn resurs – “Instagram” sosial şəbəkəsinə giriş bağlanıb. Qərarın “Instagram”ın sosial şəbəkələrdən istifadə ilə bağlı yerli qanunvericiliyin tələblərini pozması səbəbindən verildiyi bildirilib.