19 Sentyabr 2024 05:16

Maşının qapısını açıb ətrafa tuşladığı silah oyuncaq imiş

Azadsöz.az xəbər verir ki, sosial şəbəkələrdə paytaxt ərazisində hərəkətdə olan avtomobildə sərnişinin əlindəki tapançanı ətrafa yönəltməsini əks etdirən görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, həmin avtomobilin sürücüsü və sərnişini müəyyən edilib. Şirkətlərdən birində kuryer kimi çalışan 2002-ci il təvəllüdlü şəxs və sürücü müəyyən olunaraq polis idarəsinə gətirilib. Məlum olub ki, onun avtomobildən ətrafa yönəltdiyi odlu silaha bənzəyən tapança oyuncaqdır. O, izahatında oyuncağı əyləncə məqsədilə ətrafa yönəltdiyini və bu əməlinə görə peşiman olduğunu bildirib.
Qanunvericiliyə uyğun olaraq onlar barəsində müvafiq tədbirlər görülür.
kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com