19 Sentyabr 2024 20:26

“WhatsApp” da çoxdan gözlənilən yenilik

Azadsöz.az xəbər verir ki,“WhatsApp” “Siyahılar” adlı funksiya üzərində işləyir.

Məlumatına görə, “Siyahılar” adlı bu funksiya sayəsində istifadəçilər artıq müxtəlif siyahılara adam və qruplar əlavə edə biləcəklər.

Platforma bildirir ki, siyahılar qrupların və kontaktların daha yaxşı idarə olunmasına imkan verəcək. Məsələn, siz kontaktlarınızı müxtəlif siyahılara (həmkarlar, məktəb dostları, qohumlar və s.) əlavə edə və tamamilə fərdiləşdirilmiş siyahılar yarada biləcəksiniz.

Eyni xüsusiyyət qruplara da aiddir. Qoşulduğunuz qrupları vahid siyahıda toplayaraq daha asan təcrübə əldə edə biləcəksiniz.

 

Hələlik sözügedən funksiya sınaq mərhələsindədir. Odur ki, funksiyanın bütün istifadəçilər üçün nə zaman əlçatan olacağı hələlik məlum deyil.

Qeyd edək ki, 180-dən çox ölkədə 2 milyarddan çox insan istənilən vaxt və hər yerdə dostları və ailəsi ilə əlaqə saxlamaq üçün “WhatsApp”dan istifadə edir. “WhatsApp” ödənişsizdir və bütün dünyada telefonlarda mövcud olan sadə, təhlükəsiz, etibarlı mesajlaşma və zəngetmə xidmətlərini təklif edir.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com