Azadsöz.az xəbər verir ki, Azərbaycan Premyer Liqası təmsilçisi “Şamaxı” daha bir futbolçusu ilə yollarını ayırıb.
Abbas Ağazadə ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
25 yaşlı yarımmüdafiəçi ötən mövsümdə komandanın 1-ci Liqanın qalib olmasında böyük rol oynayıb. Klub Abbasa göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, “Şamaxı” mövsümün ilk turunda səfərdə “Sabah”la heç-heçə oynayıb (2:2),