“Instagramın açılması ilə bağlı danışıqlarda istədiyimiz nəticəni ala bilmədik. Bu işi bu gün bitirə biləcəyimizi düşündüm, amma olmadı. İnstaqramda heç bir irəliləyiş yoxdur”
Azadsöz.az xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu mətbuata açıqlamasında bildirib.
Nazir danışıqların davam etdiriləcəyini də qeyd edib.
Qeyd edək ki, bu gün Nəqliyyat və infrastruktur nazirliyinin əməkdaşları ilə Instagram rəsmiləri arasında kritik görüş keçirilib. Tərəflər arasında görüş 6 saat davam edib və nəticəsiz başa çatıb.