Azadsöz.az xəbər verir ki, Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulub.
Belə ki, 130 kq çəki dərəcəsində yer alan idmançı estoniyalı Heyki Nabi ilə mübarizə aparıb.
Yarışa 1/8 finaldan qoşulan Şəriəti rəqibinə qalib gəlib.
Bununla da idmançımız 1/4 finala yüksəlib.