20 Sentyabr 2024 01:36

Mingəçevirdə uşaq bağçasında yanğın olub

Azadsöz.az xəbər verir ki, Mingəçevir şəhərində uşaq bağçasında yanğın olub.

Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Mingəçevir Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Belə  ki, ümumi sahəsi 220 m² (hər mərtəbəsi 110 m²) olan ikimərtəbəli uşaq bağçasının 2-ci mərtəbəsində sahəsi 60 m² olan 1 otağının döşəməsi 40 m² sahədə və sahəsi 40 m² olan otağın döşəməsi 20 m² sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com