20 Sentyabr 2024 01:33

Paris-2024: Kotsoyev yarımfinalda (FOTO/VİDEO)

Azadsöz.az xəbər verir ki, Paris-2024 Yay Olimpiya Oyunlarının cüdo yarışları davam edir.

 İdman.biz-ə istinadən xəbər verir ki, bu gün daha iki çəki dərəcəsində qaliblər müəyyənləşəcək.

Azərbaycan millisinin bir cüdoçusu tatamiyə çıxacaq. Dünya və Avropa çempionu Zelim Kotsoyev mükafatlar üçün mübarizə aparacaq. Bugünkü görüşlərə Bakı vaxtı ilə saat 12:00-da start veriləcək.

Kişilər
100 kq

Zelim Kotsoyev yarışa 1/8 finaldan başlayıb. O, Pyotr Kuçeranı (Polşa) ipponla məğlub edərək mərhələ adlayıb. Kotsoyev 1/4 finalda Peter Paltçiklə (İsrail) üz-üzə gəlib. Dünya çempionumuz bu görüşü də aktivinə yazıb və yarımfinala yüksəlib.

Qeyd edək ki, Paris-2024-ə 9 cüdoçu ilə yollanan millimizin yeddi idmançısı çıxışını başa vurub. Yığmamız turnirdə hələlik bir medal qazanıb. Hidayət Heydərov 73 kq çəkidə bütün rəqiblərinə qalib gəlməklə qızıla sahib çıxıb.

XXX

13:13

Paris-2024 Yay Olimpiya Oyunlarının cüdo yarışları davam edir.

Bu gün daha iki çəki dərəcəsində qaliblər müəyyənləşəcək.

Azərbaycan millisinin bir cüdoçusu tatamiyə çıxacaq. Dünya və Avropa çempionu Zelim Kotsoyev mükafatlar üçün mübarizə aparacaq. Bugünkü görüşlərə Bakı vaxtı ilə saat 12:00-da start veriləcək.

Kişilər
100 kq

Zelim Kotsoyev yarışa 1/8 finaldan başlayıb. O, Pyotr Kuçeranı (Polşa) ipponla məğlub edərək mərhələ adlayıb.

Qeyd edək ki, Paris-2024-ə 9 cüdoçu ilə yollanan millimizin yeddi idmançısı çıxışını başa vurub. Yığmamız turnirdə hələlik bir medal qazanıb. Hidayət Heydərov 73 kq çəkidə bütün rəqiblərinə qalib gəlməklə qızıla sahib çıxıb.

xxx

10:45

Paris-2024 Yay Olimpiya Oyunlarının cüdo yarışları davam edir.

İdman.biz-ə istinadən xəbər verir ki, bu gün daha iki çəki dərəcəsində qaliblər müəyyənləşəcək.

Azərbaycan millisinin bir cüdoçusu tatamiyə çıxacaq. Dünya və Avropa çempionu Zelim Kotsoyev mükafatlar üçün mübarizə aparacaq. Bugünkü görüşlərə Bakı vaxtı ilə saat 12:00-da start veriləcək.

Kişilər
100 kq

Zelim Kotsoyev yarışa 1/8 finaldan başlayacaq. O, Pyotr Kuçera (Polşa) – Tomas Briçeno (Çili) cütünün qalibini gözləyir.

Qeyd edək ki, Paris-2024-ə 9 cüdoçu ilə yollanan millimizin yeddi idmançısı çıxışını başa vurub. Yığmamız turnirdə hələlik bir medal qazanıb. Hidayət Heydərov 73 kq çəkidə bütün rəqiblərinə qalib gəlməklə qızıla sahib çıxıb.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com