Bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Mərasimin əvvəlində İranın daxili işlər naziri Əhməd Vəhidi növbədənkənar prezident seçkilərinin necə keçirildiyi barədə rəsmi hesabat təqdim edib.

Daha sonra Seyid Əli Xamenei Pezeşkianın İranın 9-cu prezidenti elan edilməsi haqqında fərman verib.

Bildirilib ki, Məsud Pezeşkian iyulun 30-da Məclisdə (İran parlamenti) and içəcək.