20 Sentyabr 2024 12:42

Ağsuda qəza olub, xəsarət alan var

Azadsöz.az  xəbər  verir  ki,  Ağsu rayonunda  avtomobil idarəetmədən çıxaraq beton maneəyə çırpılıb.

Hadisə zamanı sərnişin, 1970-ci il təvəllüdlü Gülbəniz Ağarıza qızı Kazımova xəsarət alıb. Yaralı əvvəlcə təcili tibbi yardımın köməkliyi ilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına, sonra isə Bakıda yerləşən xəstəxanaların birinə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com