20 Sentyabr 2024 12:31

Göyçayda şəhid atası deputatlığa namizəd oldu – FOTO

Azadsöz.az  xəbər  verir  ki, ikinci Qarabağ müharibəsi şəhidi, Orxan Kərimlinin atası Akif Kərimli deputatlığa namizədliyini irəli sürüb.

Məlumata görə, o,  seçkilərə  92 saylı Göyçay – Ağdaş  Seçki Dairəsindən   qatılacaq.

Şəhid atası artıq sənədlərini dairə seçki komissiyasına təqdim edib.

Qeyd edək ki, Orxan Kərimli 2001-ci il oktyabrın 6-da Göyçay şəhərində  anadan  olub. 2020-ci il sentyabrın 27-də  başlayan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak  edib. Oktyabrın 9-da Murovdağ  döyüşlərində şəhid olub. Göyçayda Şəhidlər Xiyabanında dəfn olunub.

Prezident İlham Əliyevin Sərəncamına əsasən, Orxan Kərimli ölümündən sonra  “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Qubadlının azad olunmasına görə”, Kəlbəcərin azad olunmasına görə” medalları  ilə təltif edilib.


Səbuhi Eltonlu

 

 

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com