Azadsöz.az xəbər verir ki, iyunun 28-də Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinin qabiliyyət tələb edən musiqi sənəti istiqaməti üzrə ixtisasların harmoniya və solfecio, musiqi nəzəriyyəsi və solfecio fənləri üzrə test imtahanı keçirilib.
Bu barədə DİM-i məlumat yayıb.
İmtahan Bakı, Gəncə və Naxçıvan şəhərlərində təşkil olunub.
İxtisas imtahanlarında uğur qazanan 1133 abituriyent nəzəriyyə fənləri üzrə test imtahanında iştirak etmək hüququ qazanıb. Harmoniya və solfecio fənni üzrə 110, musiqi nəzəriyyəsi və solfecio fənni üzrə 892, həm harmoniya və solfecio, həm də musiqi nəzəriyyəsi və solfecio fənnləri üzrə 131 abituriyentin imtahanda iştirakı nəzərdə tutulurdu.
İmtahan nəticələrinin yaxın 2-3 gün ərzində elan edilməsi nəzərdə tutulur.