Azadsöz.az xəbər verir ki, Bakı şəhəri Binəqədi rayonu, Mir Cəlal 13 ünvanında yerləşən mənzildə yanğın qeydə alınıb.
Hadisə 9-cu mikrorayonunda yerləşən doqquz mərtəbəli binanın üçüncü mərtəbəsində baş verib.
Belə ki, yanğın Bakı şəhər sakini Hacıyev Etibar Nəcməddin oğluna məxsus ümumi sahəsi 90 m² mənzilin eyvanında baş verib. Nəticədə bir ədəd su qızdırıcısı yanıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğın söndürülüb.
Hadisə ilə bağlı araşdırma aparılır.