Azadsöz.az xəbər verir ki, Emil Şahzadə Ombudsman Aparatının İnformasiya və ictimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsindən ayrılıb.
Bu barədə o, özü məlumat verib:
“Həyatımın növbəti mərhələsinə keçid alaraq 4 ilə yaxın müddət ərzində fəxarət və qürur hissi, böyük həvəslə çalışdığım Ombudsman Aparatına minnətdarlığımı bildirmək istəyirəm. Ömrümüzün bəlli bir hissəsini bərabər keçdik və komanda şəklində çətinliklərə sinə gələrək qarşımızda olan hədəflərə nail olaraq ümumi işimizə töhfələr verdik. Bütün bunlar şübhəsiz istəkli və əvəzsiz Səbinə xanımın yaratdığı şərait, qayğısı və dəstəyi nəticəsində mümkün oldu. Mənə əziz olan bu Təsisatla bağlı qəlbimdə həmişə yalnız xoş anlar canlanacaq. Hörmətli və dəyərli Səbinə xanıma və Ombudsman Aparatının kollektivinə şərəfli və məsuliyyətli işinidə davamlı uğurlar arzulayıram!”.
Qeyd edək ki, Emil Şahzadə bu vəzifəyə 2021-ci ildə təyin edilmişdi.