08 Sentyabr 2024 03:40

“Qəbələ” hazırlığa başlayır

Azadsöz.az  xəbər verir ki,  “Qəbələ” yeni mövsümün hazırlığına bu gün start verəcək.

Bunu klubun mətbuat xidməti açıqlayıb.

“Qırmızı-qaralar” məşqlərə Qəbələdə başlayacaq. 2024/25 mövsümünə hazırlığın ilk mərhələsi seleksiya xarakteri daşıyacaq. Komandanın ilk məşqi günün ikinci yarısında gerçəkləşəcək.

Seleksiya xarakterli hazırlıq prosesi bir həftə davam edəcək. Ardınca “Qəbələ”nin təlim-məşq toplanışına start veriləcək. Hazırlıq prosesi Qəbələ şəhər stadionunda gerçəkləşəcək.

 

Mövsümün startına qədər yoxlama oyunlarının keçirilməsi planlaşdırılıb. İlk matç iyulun 31-də baş tutacaq. “Qırmızı-qaralar” Qəbələdə təlim-məşq toplanışında olan Küveytin “Əl-Yarmuk” klubu ilə üz-üzə gələcək. Digər yoxlama oyunlarının tarixi və rəqiblər hələ dəqiqləşməyib.

Qeyd edək ki, I Liqada yeni mövsümə sentyabrın 11-də start veriləcək. Yarışın püşkatma mərasimi avqustun 13-də AFFA-nın inzibati binasında təşkil olunacaq.