Azadsöz.az xəbər verir ki, 2034-cü il Qış Olimpiya Oyunlarına ev sahibliyi edəcək ölkə bəlli olub.
Yarışlar ABŞ-ın Solt-Leyk-Siti şəhərində keçiriləcək.
Bununla bağlı qərar Beynəlxalq Olimpiya Komitəsinin 142-ci sessiyasında qəbul olunub.
Qeyd edək ki, bu şəhər 2002-ci ildə də analoji yarışları qəbul edib.