23 Noyabr 2024 00:23

Dövlət qulluğu vəzifələri üzrə imtahan verəcək namizədlərin nəzərinə!

Azadsöz.az  xəbər  verir  ki, inzibati dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC qruplarına uyğun olan vəzifələr üzrə iyulun 28-də 2024-cü il tarixində keçiriləcək test imtahanında iştirak edəcək namizədlər buraxılış vərəqəsini çap edə bilərlər.

Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini mütləq gətirməlidir.

Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

Ankara escort İstanbul Travesti Shemale İstanbul