08 Sentyabr 2024 03:29

Prezidenti güldürən həmin təqdimat – VİDEO

Azadsöz.az  xəbər  verir  ki, Şuşada keçirilən 2-ci Qlobal Media Forumunun açılış mərasimində maraqlı anlar yaşanıb.

Tədbirin moderatoru sual verməyə hazırlaşan gürcüstanlı jurnalisti (Gela Vasadze-adı qadın adına bənzədiyi üçün-red.) xanım kimi təqdim edib.

Lakin jurnalist ayağa qalxdıqda onun bir bəy olduğu məlum olub. Həmin anları ölkə başçısı və zalda əyləşənlər təbəssümlə qarşılayıb.

Prezidentin gülüşünə səbəb olan görüntüləri təqdim edirik: