08 Sentyabr 2024 03:25

İkinci Şuşa Qlobal Media Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib

Azadsöz.az  xəbər  verir  ki, iyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib.

Qonaqlar Azərbaycan musiqilərinin sədaları altında milli mətbəximizin ləziz təamlarından dadıblar.

Milli mətbuatımızın 149 illiyi münasibətilə təşkil edilən 2-ci Şuşa Qlobal Media Forumunda ümumilikdə 50-yə yaxın ölkədən 150-dən çox xarici qonaq, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media subyekti iştirak edir. Qlobal Media Forumunun iştirakçıları arasında əcnəbi media təmsilçiləri ilə yanaşı, Azərbaycanın media nümayəndələri, ekspertlər və rəsmilər də var.

Forum iyulun 22-dək davam edəcək.