08 Sentyabr 2024 03:41

100 min manatlıq elektrik avadanlıqları oğurlayan iki nəfər saxlanıldı

Azadsöz.az xəbər verir ki, Abşeron rayonunun Xırdalan şəhərində oğurluq hadisəsi qeydə alınıb. Ərazidə yerləşən mağazalardan birinin sahibi ona məxsus anbardan 100 min manat dəyərində elektrik əşyalarının oğurlanması barədə polisə müraciət edib.

Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlə hadisəni törədən Faiq Cəbiyev və Namiq Xanməmmədov saxlanılıblar. Araşdırmalarla müəyyən edilib ki, qabaqcadan əlbir olan F.Cəbiyev və N.Xanməmmədov işlədikləri mağazanın deposundan elektrik açarları, mis şinləri və elektrik naqillərini hissə-hissə talayıb satıblar.
Faktla bağlı Abşeron RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.