Azadsöz.az xəbər verir ki, “Barselona” sərfəli təklif alacağı təqdirdə Rafiniyanı satacaq.
Braziliyalı futbolçunun transfer qiyməti 50 milyon avrodur.
Rafinya İngiltərəyə qayıtmaq arzusunu dilə gətirib. O, 2020-2022-ci illərdə “Lids”in formasını geyinib. “Barselona” Niko Uilyamsın transfer edəcəyi təqdirdi braziliyalının əsas heyətdə yer almaq şansı azalacaq.
Qeyd edək ki, sonuncu mövsümdə 27 yaşlı yarımmüdafiəçi 37 oyunda 10 qol vurub, 13 ötürmə edib.