Azadsöz.az xəbər verir ki, iyulun 20-də Kipr Sülh Əməliyyatının 50-ci ildönümü münasibətilə keçiriləcək yubiley tədbirlərində Türkiyə Hərbi Dəniz Donanmasına aid 50 gəminin paradı olacaq.
Nazirliyin sosial media hesabında edilən paylaşımında bu ifadələrə yer verilib: “Bu qədər ürəkdən çağırma məni, bir gecə anidən gələ bilərəm. Xoşbəxt Sülh Əməliyyatının 50-ci ildönümündə Kiprdə türk soydaşlarımızın zülmünə son qoyan qəhrəman ordumuzun qəhrəman şəhid və qazilərini rəhmət və ehtiramla yad edirik. Sabah 50 gəmi ilə baş tutacaq parada bütün kiprli bacı və qardaşlarımızı gözləyirik”.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kipr Sülh Əməliyyatının 50-ci ildönümü ilə bağlı keçiriləcək tədbirlərdə iştirak məqsədilə Şimali Kipr Türk Cümhuriyyətinə səfər edəcək. Səfər zamanı Prezident Rəcəb Tayyib Ərdoğanı Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş və kabinet üzvləri, eləcə də siyasi partiyaların rəhbərləri, nümayəndələri və çoxlu sayda deputat müşayiət edəcək.