Azadsöz.az xəbər verir ki, Yevlax şəhərində 2 otaqlı evdə yanğın hadisəsi baş verib.
Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Yevlax Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.
Bildirilib ki, ümumi sahəsi 80 m² olan kürsülü, birmərtəbəli 2 otaqlı evin eyvanının yanar konstruksiyaları 9 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.