08 Sentyabr 2024 06:32

Hacıqabulda 1 ton ot bağlaması və 500 ədəd taxta taralar yanıb

Azadsöz.az xəbər verir ki, rayonun İkinci Udullu kəndində yanğın hadisəsi  baş  verib.

Yanğının söndürülməsi üçün əraziyə FHN-nin  Hacıqabul  Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Belə ki, ümumi sahəsi 200 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 80 m² sahədə, damına yığılan 1 ton ot bağlaması və içərisinə yığılan 500 ədəd taxta taralar yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.