Azadsöz.az xəbər verir ki, Ukrayna 95 müdafiəçisini Rusiya əsirliyindən geri qaytarıb. Onlar Ukrayna Silahlı Qüvvələrinin, Milli Qvardiyanın döyüşçüləri və sərhədçilərdir.
Bu barədə Prezident Volodimir Zelenski özünün Telegram kanalında bildirib.
“Mübadilə işləri ilə məşğul olan komandamıza və əsirlərin azad olunması məsələsində vasitəçilik etdiklərinə görə Birləşmiş Ərəb Əmirliklərinə minnətdaram. Nə qədər çətin olsa da, əsirlikdə olan hər kəsi axtarırıq. Hamını geri qaytarmalıyıq”, – deyə dövlət başçısı qeyd edib.
Öz növbəsində, Ombudsman Dmitri Lubinets bildirib ki, indiyədək Rusiya əsirliyindən 3405 ukraynalı geri qaytarılıb.