22 Noyabr 2024 12:21

Aİ Rusiyaya qarşı sanksiyaların 6 ay müddətinə uzadılmasına razılaşdı

Azadsöz.az xəbər verir ki, Avropa İttifaqı ölkələrinin Daimi Nümayəndələr Komitəsi 2014-cü ildə təşkilatın Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyaların daha altı ay müddətinə, 2025-ci ilin yanvar ayının sonuna qədər uzadılması barədə razılığa gəlib.

Bu barədə jurnalistlərə Aİ-dəki diplomatik mənbə bildirib.

“Aİ səfirləri təşkilatın Rusiyaya qarşı iqtisadi sanksiyalarının altı ay müddətinə uzadılması ilə bağlı razılığa gəliblər”,- o qeyd edib.

Məlumata görə, bu qərar rəsmi olaraq iyulun 22-də Aİ xarici işlər nazirlərinin görüşündə təsdiqlənəcək.

İstanbul trv istanbul travestileri