Azadsöz.az xəbər verir ki, Tovuz rayonunda 5 otaqlı evdə yanğın hadisəsi baş verib.
Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Tovuz Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.
Belə ki, ümumi sahəsi 120 m² olan birmərtəbəli 5 otaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 16 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.