22 Noyabr 2024 18:03

İsa Qəmbər, İqbal Ağazadə və Sabir Rüstəmxanlı namizəd olmayacaqlar

Azadsöz.az xəbər verir ki, Müsavat Partiyasının başqanı İsa Qəmbər, Ümid Partiyasının sədri İqbal Ağazadə və Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.

Bu barədə siyasətçilər apa-ya məlumat verib.

İsa Qəmbər deyib ki, Müsavat Partiyası növbədənkənar parlament seçkilərində iştirak üçün namizədlərin irəli sürülməsini, əsasən, yekunlaşdırıb: “Artıq 34 namizədimiz var. Mən bu dəfə namizədliyimi irəli sürməyəcəyəm, Müsavat Partiyasının seçkilərdə iştirakına ümumi rəhbərlik edəcəyəm və namizədlərimizə dəstək verəcəm”, – deyə o bildirib.

İqbal Ağazadə qeyd edib ki, rəhbərlik etdiyi partiyanın İdarə Heyəti namizədlərin siyahısını hazırlayıb müvafiq qaydada təqdim etsə də, onun bu dəfə keçiriləcək seçkilərdə iştirak etməsinə ehtiyac görməyib: “Ümid Partiyasının növbədənkənar parlament seçkilərində iştirak edəcək 30 nəfərdən yuxarı namizədi sənədlərini müvafiq qaydada dairə seçki komissiyalarına təqdim edib. Mənə gəlincə, Ümid Partiyasının İdarə Heyəti növbədənkənar seçkilərdə namizədliyimin irəli sürülməsini məsləhət bilməyib. Ona görə də budəfəki seçkidə iştirak etməyəcəyəm”.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı isə deyir ki, partiya tərəfindən müxtəlif dairələr üzrə ümumilikdə 70 nəfərin namizədlik təşəbbüsü bəyənilib: “Seçkidə iştirak etmək üçün Vətəndaş Həmrəyliyi Partiyasının namizədlərinin siyahısı artıq hazırdır. Onu da bildirmək istəyirəm ki, mən bu dəfəki seçkidə iştirak etməyəcəyəm. Lakin hazırkı deputat yoldaşlarımızdan Fəzail İbrahimli və Rafael Hüseynovun namizədliyi partiya tərəfindən yenidən irəli sürülüb. Dairələr üzrə ümumilikdə 70 nəfərin namizədlik təşəbbüsü dəstəklənib. Onların arasından Milli Məclis üzvlüyünə namizəd qismində müəyyənləşdiriləcək şəxslərin yekun siyahısı müəyyənləşdirildikdən sonra bu ayın sonunda müvafiq qaydada təqdim ediləcək”.

Ankara escort İstanbul Travesti Shemale İstanbul