Azadsöz.az xəbər verir ki, iyulun 18-də Britaniyada Avropa Siyasi Birliyinin növbəti sammiti keçiriləcək.
Oksfordşir şəhərindəki Blenheym sarayında qitənin dörd bir yanından gələn liderlər toplaşacaq.
Rəsmi açıqlamada bildirilir ki, liderlər Ukraynaya davamlı dəstəyi, həmçinin enerji və əlaqə, təhlükəsizlik və demokratiya və miqrasiya kimi ortaq problemləri müzakirə edəcəklər.
Aİ-ni Avropa İttifaqı Şurasının sədri Şarl Mişel təmsil edəcək.
Avropa Siyasi Birliyinin dördüncü sammitinə 47 dövlət və hökumət başçısı dəvət olunub. Dəvət olunanlar arasında Avropa İttifaqına üzv ölkələr, Azərbaycan, Türkiyə, Ermənistan, Gürcüstan və digər ölkələr var.
Ermənistan Baş naziri Nikol Paşinyanın sammitdə iştirak edəcəyi təsdiqlənib.
Qeyd edək ki, Avropa Siyasi Birliyinin bundan əvvəlki sammitləri Çexiya, Moldova və İspaniyada keçirilib.