16 Sentyabr 2024 23:32

Narkokuryerdən 7 kiloqram heroin, tiryək və marixuana aşkarlandı-VİDEO

Azadsöz.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Səbuhi Mamedov saxlanılıb.

Həmin şəxsdən 7 kiloqram heroin, tiryək və marixuana aşkarlanıb.
O, maddi qazanc müqabilində sosial şəbəkə vasitəsi ilə tanıdığı İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.