Azadsöz.az xəbər verir ki, Azərbaycan sərhədçiləri Kirants kəndinə yerləşdirilib.
Bu barədə erməni KİV məlumat yayıb.
Rəsmi məlumatlara görə, hərbçilərimiz iyulun 24-də kəndin delimitasiya olunmuş ərazilərinə yerləşdirilməli idi.
Hazırda sərhədçilərimiz Ermənistanı Gürcüstanla birləşdirən dövlətlərarası yola nəzarəti ələ keçiriblər: “Onlar artıq körpünün üstündədir. İndi biz evdə oturub Azərbaycan sərhədçilərinə baxırıq”.