Azadsöz.az xəbər verir ki, bu gün Şəkinin Baş Kəldək kəndində baş verən yanğından sonra Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Mais Nəbiyev orada ölüb.
Yanğın zamanı ağır dərəcəli yanıq xəsarətləri alan 57 yaşlı Mais Nəbiyevi xilas etmək mümkün olmayıb.
Yanğın yaşlı kişinin yatdığı zaman baş verib və onun çarpayısı alışıb. M.Nəbiyevin köməyinə kənd sakinləri çatıblar. Qonşular dərhal müdaxilə edərək M.Nəbiyevi yanan evdən çıxarıb xəstəxanaya çatdırıblar. Şəki Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilən kənd sakinin içkili olduğu və çarpayının da siqaretdən alışdığı bildirilib.