Azadsöz.az xəbər verir ki, Salyan rayonunun Sarvan kəndində evlərin birində oğurluq hadisəsi baş verib.
Naməlum şəxs axşam 22:00 radələrində şəhid Cavad Asif oğlu İsmayılovun ailəsinin evinə basqın edib. Nəticədə şəxs evdən 1000 azn və qızıl-zinət əşyalarını oğurlayıb. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Faktla bağlı araşdırma davam edir.
Qeyd edək ki, Xüsusi Təyinatlı Qüvvələrin 19 yaşlı əsgəri olmuş Cavad Asif oğlu İsmayılov 2020-ci ilin dekabr ayında idarə etdiyi “KamAz” markalı yük maşının minaya düşməsi nəticəsində həlak olub.(unikal)