20 Sentyabr 2024 18:57

Naftalanda bağlı qapı arxasında qalan 4 nəfər xilas edilib

Azadsöz.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Naftalan şəhərində 4 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində ikisi uşaq olmaqla 4 nəfərə müvafiq köməklik göstərilib.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com