Azadsöz.az xəbər verir ki, bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi bağlı məlumat Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.
O təklif edib ki, 16 saylı Yasamal 2-ci dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü Əliyeva Lamiyə Fərhad qızı təyin edilsin:
“Eyni zamanda, 44 saylı Sumqayıt, 70 saylı Neftçala, 117 saylı Oğuz-Qəbələ-Şəki seçki dairələrinin də bir sıra dairə seçki komissiyalarının də həlledici səs hüquqlu üzvlüyünə təyinatlar olub”, – R. Qasımov bildirib.